• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.6° Weather Columbus
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qırx min azalma, boş qalan siniflər, ixtisara gedən müəllimlər – ARAŞDIRMA

12 Sentyabr, 26 / 14:37
A A
2026-2027-ci tədris ilində Azərbaycanda 124 mindən çox uşaq I sinfə gedəcək. Ötən ilki rəqəmlərə nəzər salsaq, şagirdlərin sayında 8 min nəfərə yaxın azalma olduğunu müşahidə edərik.

Cagdas.az -ın araşdırması nəticəsində məlum olub ki, son 10 ildə I sinfə gedənlərin sayı 40 min nəfərə yaxın aşağı düşüb.

Bu da 24,4% azalma deməkdir.

2016-2017-ci tədris ilindən bəri I sinfə qəbul olunan şagirdlərlərin sayı ilə bağlı qrafiki təqdim edirik:

Qrafikdən də göründüyü kimi son illər birinci sinfə qəbul olan uşaqların sayı azalan tendensiya ilə davam edir.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Ölkə.az-a açıqlamasında bildirib ki, bu azalma davam edəcək və 2035-ci ildən sonra isə böhran həddinə çata bilər:

“Çünki fertillik əmsalı (nəsilvermə) Azərbaycanda sürətlə aşağı düşür. 60-cı illərdə bu əmsal 6 vahid idisə, hazırda 1,4 vahid və ya daha aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, selektiv abortlar nəticəsində qızlar bioloji normadan az, oğlanlar isə bioloji normadan çox doğulur. Bu da əhalinin cins tərkibinin dəyişməsinə səbəb olur. Cins tərkibindəki dəyişikliklər nəticəsində qadınların sayı kişilərdən azdır. Paralel olaraq doğumun aşağı düşməsi 2035-2040-cı ildən sonra uşaqların yaş və cins tərkibində ciddi dəyişikliklərin olacağından xəbər verir”.

Ekspertin fikrincə, doğumdakı azalmalar kritik həddədir: “Bu, qlobal inkişafla bağlıdır. Ailələr daha çox övlad dünyaya gətirmək istəmir, adətən bir və ya iki övladla kifayətlənirlər. Bununla bağlı bəzi dövlətlər stimullaşdırıcı tədbirlər görürlər. Doğrudur, ölkəmizdə bu hal hələ böhran vəziyyətinə çatmayıb. Lakin qarşıdakı onilliklərdə böhranla qarşılaşmaq mümkündür”.

S.Məmmədov stimullaşdırıcı tədbirlərin görülməsinə, maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu qeyd edib.

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri Ölkə.az-a açıqlamasında bildirib ki, məsələnin kökündə demoqrafik problem dayanır:

“Ümumilikdə, yeni anadan olan uşaqların sayında xeyli geriləmə var. Məsələn, 2025-ci ildə doğulan uşaqların sayı 95 min 875 nəfər olub. Bu o deməkdir ki, 6 il sonra birinci sinifə gedən uşaqların sayında ciddi azalma olacaq”.

Ekspert deyir ki, nəticə olaraq, məktəblərdə bir sıra siniflərin bağlanması gözlənilir: “Uşaq sayı az olacaqsa, sinif sayı da aşağı düşəcək. Sinif sayı azaldıqca isə müəllimlərin sayı azalacaq və onlar ixtisara düşəcək. Bakı, Sumqayıt şəhərlərində Abşeronun bəzi məktəblərində əhali sıxlığına görə siniflərdə şagird sıxlığı olsa da, demoqrafik azalma ilə bunu fərqləndirmək lazımdır.

E.Nuri bizi bu istiqamətdə ciddi təhlükə gözlədiyini deyir: “Məktəb binası, sinif otaqları şagird üçün var. Acı gerçək odur ki, sonrakı dövrlərdə istifadəsiz qalmış, ya da potensialından daha az şagirdi olan məktəblər görə bilərik”.\ölkə.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

Sentyabr 12, 2026
Cəmiyyət

Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI – Pulu 20 litr, çənə 17 litr?

Sentyabr 12, 2026
Cəmiyyət

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

Sentyabr 12, 2026
Cəmiyyət

Misir Mərdanov Məleykə Abbaszadə ilə bağlı açıqlama yaydı

Sentyabr 12, 2026
Cəmiyyət

Azərbaycanda bu sənədə 21 ildir əməl edilmir

Sentyabr 12, 2026
Cəmiyyət

Azərbaycan əhalisi əczaçılıq xərclərini artırıb

Sentyabr 12, 2026

XƏBƏR LENTİ

Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

12 Sentyabr, 26 / 15:17

Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI – Pulu 20 litr, çənə 17 litr?

12 Sentyabr, 26 / 14:56

Qırx min azalma, boş qalan siniflər, ixtisara gedən müəllimlər – ARAŞDIRMA

12 Sentyabr, 26 / 14:37

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr, 26 / 14:18

Misir Mərdanov Məleykə Abbaszadə ilə bağlı açıqlama yaydı

12 Sentyabr, 26 / 13:58

Azərbaycanda bu sənədə 21 ildir əməl edilmir

12 Sentyabr, 26 / 13:45

Azərbaycan əhalisi əczaçılıq xərclərini artırıb

12 Sentyabr, 26 / 13:25

Bu metronun qarşısına asfalt çəkilir

12 Sentyabr, 26 / 13:04

DYP sürücülərə müraciət etdi

12 Sentyabr, 26 / 12:40

İran Hörmüz boğazında yeni plan qurur

12 Sentyabr, 26 / 12:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.