Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

Rusiyanın “Titan-Barrikadı” zavodu “Flaminqo” ilə vuruldu

Dünya

Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki “Titan-Barrikadı” zavoduna zərbələr endirib.

Çağdaş.Az xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Məlumata görə, “Titan-Barrikadı” zavodu “İskəndər-M”, “Topol-M” və “Yars” raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.

Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli “Flaminqo” qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.

“Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur”, – o bildirib./Axar.az/