Son dəqiqə
ABŞ tarixində ilk müsəlman senator seçilə bilər Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib Ermənistanda 4 vəzifəli şəxsin tualet kağızına da büdcədən pul ayrılır – ADLAR Yüz milyonlarla dollar xərcləyən İlon Maskdan seçkidən sonra diqqətçəkən PAYLAŞIM Trampın seçki məğlubiyyətindən sonra Rusiyadan ilk AÇIQLAMA Xamenei: ABŞ-da seçkilərin nəticəsi Vaşinqtonun İran siyasətini dəyişməyəcək 17 manatlıq yağ 21 manat olub – Qiymət niyə ucuzlaşmır? Pensiyaların nə qədər artacağı bəlli oldu Avtovağzalların iş rejimi dəyişəcək – TARİXLƏR Maaşlara 3 faizlik vergi tətbiqindən sonra əmək müqavilələrinin sayı artıb

Şirkət rəhbərlərinə bonus verilməsi qaydası dəyişdirildi

Cəmiyyət

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Cagdas.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası”na uyğun olaraq hüquqi şəxslər tərəfindən idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması zamanı hüquqi şəxsin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi istifadə edilməyəcək.