Son dəqiqə
Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Tarixə düşəcək dəhşətli istilər – Hava xəbəri narahatlıq yaratdı

Cəmiyyət

Bu ayın meteoroloji müşahidələr tarixinə “ən isti sentyabr” kimi düşəcəyi gözlənilir.

Çağdaş.Az xəbər verir ki, dünyanın müxtəlif hava proqnozları qurumlarının məlumatına görə, sentyabrın ilk 12 günündə qlobal orta hava temperaturu 16,58 dərəcə Selsiyə çatıb. Bu göstərici 2023-cü ilin sentyabrında qeydə alınmış əvvəlki rekordu geridə qoyub.

Yaponiyanın JRA-3Q qurumu da bildirib ki, sentyabrın ilk 12 günündə qlobal orta temperatur 16,58 dərəcə olub.

Qeyd olunur ki, 2023-cü ilin sentyabrında da iqlimə El-Nino hadisəsi təsir edib. 2026-cı ildə isə El-Nino daha güclü olub.

Mövcud göstəricilər nəzərə alınmaqla, 2026-cı ilin sentyabrının bütün müşahidələr tarixində ən isti sentyabr olması ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, 2026-cı ilin avqust ayı da qlobal miqyasda rekord istiliklə yadda qalıb. “Copernicus”un məlumatına görə, həmin ayın qlobal orta səth hava temperaturu 16,96 dərəcə Selsi olub və avqust ayları arasında ən yüksək göstərici qeydə alınıb.

Məlumat üçün bildirək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq./Globalinfo.az