• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.5° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Türk dövlətləri üçün vahid hüquq sistemi

16 Sentyabr, 26 / 12:44
A A

Türk dövlətləri üçün vahid hüquq sistemi: nə real, nə zəruri?

Özbəkistanda Türk dövlətlərinin vəkillik qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüş Türk dünyasında hüquqi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərib. Türk dövlətləri arasında hüquqi inteqrasiya, ortaq hüquqi mexanizmlər və vətəndaşların sərbəst hərəkəti məsələləri müzakirə olunub.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım məsələ ilə bağlı öz fikirlərini bölüşüb:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi inteqrasiya mümkündür. Dövlətlərin suverenlik hüquqları və konstitusion quruluşları qorunmaqla qanunvericiliyin uyğunlaşdırılması, hüquqi yardım və məhkəmə qərarlarının qarşılıqlı tanınması istiqamətində əməkdaşlıq inkişaf etdirilə bilər. Vəkillik qurumları arasında əməkdaşlıq da bu prosesə mühüm töhfə verə bilər. Azərbaycan və Türkiyə arasında bu istiqamətdə ciddi məsafə qət edilib. İşlər davam etdirilir, xüsusilə Özbəkistanda bu sahədə Türkiyənin həyata keçirdiyi çalışmalar var”.

Millət vəkili bildirib ki, Türk dövlətləri arasında ortaq hüquq sisteminin yaradılması asan məsələ deyil. Onun sözlərinə görə, hər bir ölkənin öz təcrübəsi və hüquqi praktikası mövcuddur. Bununla belə, ortaq hüquqi prinsiplərin və müəyyən sahələr üzrə ümumi qaydaların formalaşdırılması mümkündür. İlk növbədə ticarət, investisiya, arbitraj və rəqəmsal əməliyyatlar sahəsində hüquqi uyğunlaşmanın təmin edilməsi daha real görünür.

Şamil Ayrımın sözlərinə görə, bütün ölkələrdə keçərli olacaq vahid hüquq sisteminin yaradılması genişmiqyaslı razılaşmalar və konstitusion dəyişikliklər tələb edən uzunmüddətli hədəfdir. O qeyd edib ki, bu istiqamətdə görülən işlər ortaq əlifba və ortaq tarixlə bağlı təşəbbüslərə bənzər şəkildə bütün Türk dövlətlərinin eyni həssaslıqla dəstəyini tələb edir. Eyni zamanda, Türk dövlətləri arasında yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi də mümkün istiqamətlərdən biridir.

“Türkiyə-Azərbaycan təcrübəsi bunun konkret nümunəsidir. İki ölkə vətəndaşlarının birbaşa qarşılıqlı səfərlərində yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə etməsinə imkan verən qayda 1 aprel 2021-ci ildə qüvvəyə minib və bu tətbiq bu gün də davam edir. Eyni mexanizm digər Türk dövlətləri arasında da tətbiq oluna bilər. Bunun üçün qarşılıqlı razılaşmalar əldə edilməli, çipli şəxsiyyət vəsiqələrinin tanınması, təhlükəsiz məlumat mübadiləsi, şəxsi məlumatların qorunması və ölkədə qalma müddətləri tənzimlənməlidir. Şəxsiyyət vəsiqəsi ilə səyahət sərhəd nəzarətinin ləğvi və ya avtomatik olaraq işləmək və məskunlaşmaq hüququnun verilməsi demək deyil”, – deyə o bildirib.

Cagdas.az bildiriri ki mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib:

“Azərbaycan Respublikası Vəkillər Kollegiyası son illərdə beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə və platformalarda iştirak edir, o cümlədən Ərəb dövlətlərinin vəkillik qurumları ilə memorandumlar imzalayır. Türk dövlətlərinin vəkillik qurumları ilə əməkdaşlığın genişlənməsi də bu prosesin mühüm istiqamətlərindən biridir. Özbəkistanda Türk dövlətlərinin vəkillik qurumlarının rəhbərlərinin bir araya gəlməsi də bunun göstəricisidir”.

Hüquqşünas bildirib ki, Türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız siyasi, iqtisadi, nəqliyyat və enerji məsələləri ilə məhdudlaşmır, hüquq sahəsi də bu prosesin mühüm istiqamətlərindən birinə çevrilir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi inteqrasiya mümkündür və vacibdir. Bununla belə, söhbət vahid hüquq sisteminin yaradılmasından deyil, ortaq hüquqi məkanın formalaşdırılmasından getməlidir.

Ə.Nuriyevin sözlərinə görə, iqtisadi əlaqələr genişləndikcə məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrası, kommersiya və arbitraj qaydalarının yaxınlaşdırılması, elektron sənədlərin və imzaların tanınması, hüquqi yardımın sadələşdirilməsi kimi məsələlərdə ortaq standartların formalaşdırılmasına ehtiyac yaranır. O qeyd edib ki, vəkillik əməkdaşlığı da bu prosesdə xüsusi əhəmiyyət daşıyır və gələcəkdə vəkillərin qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri müzakirə oluna bilər.

“Avropa İttifaqının modelini olduğu kimi Türk dövlətlərinə tətbiq etməyə ehtiyac yoxdur. Burada məqsəd milli hüquq sistemlərini birləşdirmək deyil, onların daha səmərəli qarşılıqlı fəaliyyətini təmin etmək olmalıdır. Əsas məsələ vətəndaşın, sahibkarın və investorun bir Türk dövlətindən digərinə keçərkən hüquqlarının müdafiəsi üçün işlək və qarşılıqlı tanınan mexanizmlərə malik olmasıdır. Taşkənddə vəkillik qurumlarının bir araya gəlməsinin əhəmiyyəti də məhz bundadır”, – deyə o bildirib.

Bənzər Xəbərlər

Cəmiyyət

İlham Əliyev bu şəxsləri təltif etdi

Sentyabr 16, 2026
Cəmiyyət

2026-cı ildə dünyanın ən çox pul qazandıran 5 peşəsi

Sentyabr 16, 2026
Cəmiyyət

600-dən çox məktəbə yeni direktor təyin olunacaq – Nazir AÇIQLADI

Sentyabr 16, 2026
Cəmiyyət

Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

Sentyabr 16, 2026
Cəmiyyət

“Təhlükəsiz addımlar” layihəsi çərçivəsində Füzulidə maarifləndirmə tədbiri təşkil olunub

Sentyabr 16, 2026
Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

Sentyabr 16, 2026

XƏBƏR LENTİ

İlham Əliyev bu şəxsləri təltif etdi

16 Sentyabr, 26 / 14:08

2026-cı ildə dünyanın ən çox pul qazandıran 5 peşəsi

16 Sentyabr, 26 / 13:54

600-dən çox məktəbə yeni direktor təyin olunacaq – Nazir AÇIQLADI

16 Sentyabr, 26 / 13:40

Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

16 Sentyabr, 26 / 13:26

“Təhlükəsiz addımlar” layihəsi çərçivəsində Füzulidə maarifləndirmə tədbiri təşkil olunub

16 Sentyabr, 26 / 13:18

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

16 Sentyabr, 26 / 13:12

Qubada iki bələdiyyənin adı dəyişdirilir

16 Sentyabr, 26 / 12:58

Türk dövlətləri üçün vahid hüquq sistemi

16 Sentyabr, 26 / 12:44

Bu bürclər üçün dəyişikliklər başlayır

16 Sentyabr, 26 / 12:30

Universitetlərdə 4 il oxumağa son – Azərbaycanda YENİ MODEL

16 Sentyabr, 26 / 12:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.