Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Türkiyə kosmosda ilkə imza atdı

Dünya

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub.

Cagdas.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Fergani Uzay” tərəfindən ölkənin tamamilə milli imkanlarla hazırlanmış ilk kosmik transfer vasitəsi olan “FGN-TUG-S01” kosmosda ən kritik manevrini uğurla tamamlayıb.

Belə ki, dekabrın 6-sı, Bakı vaxtı ilə saat 08:46-da “FGN-TUG-S01” əsas hibrid təkan sistemini işə salıb. 35 saniyə davam edən əməliyyat qüsursuz şəkildə icra olunub.

“Bu əməliyyat yalnız Türkiyənin milli imkanlarla hazırladığı hibrid mühərrik texnologiyası ilə kosmosda həyata keçirilən ilk işə salma əməliyyatı deyil, həm də dünya miqyasında bir ilkdir”, – məlumatda qeyd olunub.

Sözügedən manevrin uğurla tamamlanmasından sonra missiyanın ikinci kritik mərhələsi – “CubeSat”ın ayrılması başlayıb. Bu proses də uğurla başa çatıb.

“Uğurla tamamlanan bu missiya “Fergani Uzay”ın inşa etməyi hədəflədiyi “Uluğ Bəy” Qlobal Mövqeləndirmə Sistemi üçün də kritik infrastruktur yaradır. “Fergani Uzay” bu texnologiya sayəsində gələcəkdə peyk qruplarını müxtəlif orbitlərə öz vasitələri ilə yerləşdirə biləcək”, – məlumatda vurğulanıb.(sfera.az)