Son dəqiqə
İşə gecikənlərə cərimə yazıla bilər? – AÇIQLAMA İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

İdman

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq.

Cagdas.az xəbər verir ki, vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.

Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir – red.), digər 30 faiz isə klubun Avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti – 6,25 milyon avronu niderlandlılar alacaqlar. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro alacaq.

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avropa yarışlarında Ağdamın “Qarabağ” klubu təmsil edir. Çempionlar Liqasının altı turundan sonra Ağdam turnir cədvəlində 22-ci yerdədir. Komanda növbəti oyununu yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcək./Olke.az/