Son dəqiqə
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO Cənubi Afrikada qadın qətlləri: Ölü tapılan qadınların sayı 11-ə çatdı

Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib?

Cəmiyyət

“Şəhid  ailələrinin və qazilərimzin sosial təminatının daha da gücləndirilməsi sosial siyasətin əsas prioritetlərindədir. Vətən müharibəsindən sonra dövlət tərəfindən şəhid ailələrinə 2863 mənzil verilib”.

Cagdas.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddətdə, yəni, 2020-2025-ci illərdə dövlət tərəfindən qazilərimizə 3969 mənzil təqdim olunub:

“Bu o deməkdir ki,  yalnız son 5 ildə şəhid ailələri və qazilərimiz dövlət tərəfidən 6832 mənzil ilə təmin edilib. Azərbaycan cəmiyyəti də hər  zaman şəhid ailələrinə və qazilərimizə dəstək nümayiş etdirir. Şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən yuxarı şəxs öhdəliyə götürülüb və  96 milyona yaxın vəsait xərclənib”./”Unikal”/