Son dəqiqə
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO Cənubi Afrikada qadın qətlləri: Ölü tapılan qadınların sayı 11-ə çatdı

İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı

İdman

Hakan Çalhanoğlunun mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək istəyən Inter Milanin milli futbolçuya təqdim edəcəyi yeni müqavilənin detalları məlum olub.

Çağdaş.Az ın İtaliya mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi Çalhanoğlundan maaşında azalmaya getməsini istəyəcək.

Hakan Çalhanoğlunun İnterdəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. İtaliya mətbuatı yazır ki, klub rəhbərliyi təcrübəli yarımmüdafiəçi ilə müqavilə müddəti başa çatmadan yeni anlaşma əldə etmək niyyətindədir.

Bildirilib ki, İnterin idman direktoru Dario Baccin yaxın həftələrdə futbolçunun meneceri Gordon Stipic ilə görüşərək Hakan Çalhanoğlunun gələcəyini müzakirə edəcək.

Məlumata görə, İnter rəhbərliyi 32 yaşlı futbolçunun son illərdə yaşadığı zədələri nəzərə alaraq yeni müqavilədə maaşın azaldılmasını təklif etməyi planlaşdırır.

TRT Sporun məlumatına əsasən, hazırda mövsümdə xalis 6,5 milyon avro qazanan Hakan Çalhanoğluna illik 4,5 milyon avro maaş və əlavə bonuslardan ibarət 2 illik müqavilə təklif ediləcək.

Milli futbolçunun vəziyyətini Türkiyənin aparıcı klublarının da yaxından izlədiyi iddia olunur.

Başda Galatasaray olmaqla Fənərbaxça və Beşiktaşın Hakan Çalhanoğlu ilə maraqlandığı bildirilir.

Bundan əlavə, Yuventusun da son aylarda türkiyəli futbolçunu izlədiyi və İnterlə müqavilə yenilənməsi prosesində irəliləyiş əldə olunmasa, transfer üçün hərəkətə keçə biləcəyi qeyd edilir.