Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” – “Torpedo Kutaisi”ni (Gürcüstan) qəbul edəcək.
Çağdaş.Az xəbər verir ki, matç Sumqayıt şəhər stadionunda saat 20:00-da keçiriləcək.
Cavab qarşılaşması iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
















