Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Uitkoff: Rusiya, Ukrayna və ABŞ biznes tərəfdaşı olmalıdır

Dünya

Rusiya, Ukrayna və ABŞ Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra “rifah” üçün biznes tərəfdaşlarına çevrilməlidir.

“Cagdas.az” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “The Wall Street Journal” nəşrinə bildirib.

“Rusiyanın çoxlu resursları, nəhəng əraziləri var… Əgər biz bunu (müharibənin başa çatdırılmasını – red.) həyata keçirsək, hamı rifah içində olacaq, hamı bu prosesdə iştirak edəcək və bu hamıya fayda gətirəcək. Bu, təbii olaraq gələcək münaqişələrdən qorunma vasitəsinə çevriləcək. Çünki hamı rifah içində olacaq”, – deyə o vurğulayıb.

Daha əvvəl məlum olub ki, Rusiya Prezidenti Vladimir Putin gələn həftənin əvvəlində Moskvada Uitkoffla görüşəcək. Müzakirələrin mövzusu Ukraynada müharibənin dayandırılması ilə bağlı ABŞ-nin sülh planı olacaq.

Eyni məsələni Ukrayna tərəfi ilə ABŞ-nin ordu naziri Den Driskoll müzakirə edəcək./Report/