• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.7° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Universitetlərdə dərslər saat 10:00-da başlaya bilər

16 Sentyabr, 26 / 15:02
A A

Səhər saatlarında işçilərlə yanaşı, tələbələrin də kütləvi şəkildə yollara və ictimai nəqliyyata üz tutması Bakıda sıxlığı daha da artırır. Dövlət qurumlarında fərqli iş qrafiklərinin sınaqdan keçirilməsi universitetlərdə də oxşar modelin tətbiqini gündəmə gətirib.

Cagdas.az nildiriri ki təhsil eksperti İlqar Orucov Modern.az-a bildirib ki, paytaxtda tıxacların azaldılması üçün növbəti addımlardan biri ali məktəblərdə dərslərin başlama və bitmə vaxtlarının yenidən tənzimlənməsi ola bilər.

“Dövlət qurumlarında iş saatlarının pilləli və fərqli qrafiklərə keçirilməsi urbanistika və dövlət idarəçiliyi baxımından uğurlu yanaşmadır. Növbəti fundamental addım ali məktəblərdə dərs saatlarının məlumatlara əsaslanan idarəetmə metodları ilə yenidən tənzimlənməsidir. Universitet qrafiklərinin dəyişdirilməsi sadəcə inzibati qərar deyil, paytaxtın logistik dayanıqlığı üçün real zərurətdir”, – ekspert deyib.

Onun sözlərinə görə, dövlət qulluqçularının, özəl sektor işçilərinin və tələbələrin eyni vaxtda – əsasən saat 08:00–09:00 aralığında yola çıxması nəqliyyat sisteminin ötürücülük imkanlarına ciddi təzyiq yaradır.

İ.Orucov qeyd edib ki, Bakının iri universitetləri əsasən “Elmlər Akademiyası”, “İçərişəhər”, “Gənclik” və “28 May” metrostansiyalarının ətrafında cəmləşib:

“Həmin ərazilərdə yerləşən universitetlərdə dərslərin başlama vaxtının bir-birindən 30–45 dəqiqə fərqləndirilməsi, yaxud saat 09:30 və 10:00-a keçirilməsi lokal nəqliyyat təzyiqini 20–25 faiz azalda bilər”.

Ekspert bildirib ki, universitet tələbələrinin valideyn müşayiətinə ehtiyac duymaması dərs qrafiklərinin daha çevik planlaşdırılmasına imkan verir:

“Orta məktəb şagirdlərindən fərqli olaraq, tələbələr ictimai nəqliyyatın müstəqil istifadəçiləridir. Buna görə onların dərs saatları müəyyənləşdirilərkən valideynlərin iş qrafikini nəzərə almaq zərurəti yaranmır. Bu isə tədris qrafiklərini şəhərin nəqliyyat xəritəsinə uyğunlaşdırmağa imkan verir”.

İ.Orucov dünya təcrübəsində də oxşar modellərin tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, Seulda bəzi ali məktəblərdə dərslərin saat 09:30 və ya 10:00-da başlaması səhər saatlarında metronun yüklənməsini azaltmağa kömək edib. Tokio universitetlərində tələbə axını günün müxtəlif saatlarına bölünür, Almaniya və Fransada isə ali məktəblər yerli nəqliyyat qurumları ilə birlikdə fərdi tədris qrafikləri hazırlaya bilir.

Ekspert hesab edir ki, Azərbaycanda universitetlər yerləşdikləri ərazinin nəqliyyat yükünə uyğun müstəqil qrafik müəyyənləşdirməlidir:

“Məsələn, Bakı Dövlət Universitetində dərslər saat 08:30-da, Azərbaycan Texniki Universitetində isə 09:30-da başlaya bilər. Yuxarı kurs tələbələrinin mühazirələrinin saat 11:00 və ya 12:00-dan sonra keçirilməsi də tələbə axınının gün ərzində bölüşdürülməsinə imkan verər”.

O, böyük auditoriyalarda keçirilən bəzi nəzəri mühazirələrin onlayn formata keçirilməsinin tələbələrin universitetə gəlmə tezliyini və ictimai nəqliyyatda sərnişin sıxlığını azalda biləcəyini də əlavə edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında – GÖRÜNTÜ

Sentyabr 16, 2026
Cəmiyyət

Ermənistanın “Spayka” şirkəti Rusiyaya ixracı tam dayandırdı

Sentyabr 16, 2026
Cəmiyyət

Azərbaycanın Afrika planı: Bakı yeni diplomatik xəritə qurur

Sentyabr 16, 2026
Cəmiyyət

Qərbi Azərbaycan İcması bəyanat yaydı

Sentyabr 16, 2026
Cəmiyyət

Taksi sürücüləri sabah imtahan verəcəklər

Sentyabr 16, 2026
Cəmiyyət

İlham Əliyev auditdə yeni mərhələni açıqladı

Sentyabr 16, 2026

XƏBƏR LENTİ

Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında – GÖRÜNTÜ

16 Sentyabr, 26 / 15:57

Ermənistanın “Spayka” şirkəti Rusiyaya ixracı tam dayandırdı

16 Sentyabr, 26 / 15:42

Azərbaycanın Afrika planı: Bakı yeni diplomatik xəritə qurur

16 Sentyabr, 26 / 15:28

Qərbi Azərbaycan İcması bəyanat yaydı

16 Sentyabr, 26 / 15:15

Universitetlərdə dərslər saat 10:00-da başlaya bilər

16 Sentyabr, 26 / 15:02

Taksi sürücüləri sabah imtahan verəcəklər

16 Sentyabr, 26 / 14:49

İlham Əliyev auditdə yeni mərhələni açıqladı

16 Sentyabr, 26 / 14:36

Süni intellektin tətbiqi genişləndirilməlidir – İlham Əliyev

16 Sentyabr, 26 / 14:23

İlham Əliyev bu şəxsləri təltif etdi

16 Sentyabr, 26 / 14:08

2026-cı ildə dünyanın ən çox pul qazandıran 5 peşəsi

16 Sentyabr, 26 / 13:54
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.