Son dəqiqə
İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

Cəmiyyət

Ermənistanda Azərbaycanın Qarabağdakı mədəni irsini özünküləşdirməyə hesablanan yeni layihə yaradılıb.

Cagdas.az yerli KİV-ə istinadən xəbər verir ki, yeni yaradılan platforma artsakhian.org saytı üzərindən fəaliyyət göstərəcək.

“Artsax mədəniyyətinin Rəqəmsal evi” adlanan qondarma layihə Qarabağdakı alban və türk irsinə aid dialekt, folklor, musiqi, mərasimlər, ənənəvi biliklər, eləcə də foto, video və audio materialları erməni iris kimi toplayacaq.

Layihə Ruben Vardanyanın təşəbbüsü ilə yaradılan “Biz – bizim dağlarımızıq” İnkişaf Agentliyinin təşəbbüsü və Qalust Gülbenkyan Fondunun dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, layihəni maliyyələşdirən hərbi cinayətkar Ruben Vardanyan Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum olunub.\modern.az\