Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

Vaşinqton suya təslim oldu – fövqəladə vəziyyət elan edildi

Dünya

Vaşinqton ştatının qubernatoru Bob Ferquson çərşənbə günü ştat ərazisini bürüyən güclü daşqınlara görə fövqəladə vəziyyət elan edib.

Cagdas.az bildirir ki, daşqınlar Sietl şəhərinin həm şimal, həm də cənub bölgələrində ciddi fəsadlar yaradıb. Bir çox insanlar təhlükəli ərazilərdən xilas edilib.

“Central Pierce” Yanğın və Xilasetmə İdarəsi sosial şəbəkədəki paylaşımında indiyədək 25-dən çox xilasetmə əməliyyatı həyata keçirdiklərini açıqlayıb.

Qubernator Ferquson Milli Qvardiyanı artıq səfərbər etdiyini bildirib.

“Mən bütün ştat ərazisində fövqəladə vəziyyət elan etmişəm və bu gün federal hökumətdən təcili yardım prosedurlarının sürətləndirilməsini xahiş edəcəyəm,” – deyə Ferquson qeyd edib.