Son dəqiqə
Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı

Cəmiyyət

Dünyada bütün xərçəng hallarının 40 faizə qədəri həyat tərzinə düzəlişlər etməklə qarşısı alına bilən səbəblərdən qaynaqlanır.

Cagdas.az  xəbər verir ki, Rusiyanın tanınmış cərrahı, onkoloq Yaroslav Kolosovski orqanizm üçün ən təhlükəli üç gündəlik vərdişin adını açıqlayıb.

Mütəxəssis ən böyük risk faktorları sırasına birinci növbədə tütün istifadəsini daxil edib. Mütəxəssisin sözlərinə görə, tütün tüstüsünün tərkibində 43 məlum xərçəngörədici (kanserogen) maddə var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaret çəkmək 12 müxtəlif bədxassəli şiş növünün yaranma riskini dəfələrlə artırır. İkinci əsas səbəb yanlış qidalanmadır. Onkoloq bildirib ki, statistikaya əsasən, xərçəng hallarının 35 faizə qədərinə məhz düzgün olmayan rasion təkan verir.

Emal olunmuş qırmızı ətin (kolbasa, sosiska, bekon), yüksək duz, şəkər və konservant tərkibli məhsulların mütəmadi qəbulu mədə, yoğun bağırsaq və mədəaltı vəzi xərçənginin yaranma ehtimalını yüksəldir.

Üçüncü təhlükəli vərdiş isə həddindən artıq ultrabənövşəyi şüalanmadır. Saat 10:00-dan 16:00-dək günəş altında uzun müddət qalmaq və tez-tez solyariyə getmək melanoma və digər dəri xərçəngi növlərinin əsas yaranma səbəblərindən biridir./Bizim media\