Son dəqiqə
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər!

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

Cəmiyyət

Ermənistan Konstitusiya Məhkəməsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə sazişə dair qərar qəbul edib.

Cagdas.az  xəbər verir ki, məhkəmə Ermənistanla ABŞ arasında imzalanmış çərçivə sazişindən irəli gələn öhdəliklərin ölkə Konstitusiyasına zidd olmadığı qənaətinə gəlib.

Məsələyə baxılması üçün üç gün nəzərdə tutulsa da, Konstitusiya Məhkəməsi qərarı bir sutkadan az müddətdə çıxarıb. İş yazılı prosedurla, şifahi dinləmələr keçirilmədən araşdırılıb. Ermənistan mediası qərarın sentyabrın 16-da elan olunduğunu bildirib.

TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın cənubundan keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin qərarından sonra sazişin ratifikasiya üçün Ermənistan parlamentinə təqdim olunması gözlənilir. Ermənistan hökuməti ratifikasiya prosesinin bu ardıcıllıqla aparılacağını daha əvvəl açıqlamışdı\modern.az\