Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İdman

Arda Gülər Joze Mourinyonun rəhbərliyi altında qurulan yeni “Real Madrid” layihəsinin əsas fiqurlarından biri olmağa namizəddir. Türkiyə millisinin gənc ulduzu “Fiorentina” ilə keçirilən yoxlama oyununda Madrid təmsilçisinin ən parlaq futbolçularından biri kimi diqqət çəkib.

Cagdas.az xəbər verir ki, Madrid klubu görüşdə 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib və qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyuna start heyətində başlayan Arda Gülər meydanda 87 dəqiqə çıxış edib. Göstərdiyi performans həm azarkeşlərin, həm də İspaniya mətbuatının rəğbətini qazanıb. İspaniyanın AS nəşri gənc futbolçunu Mourinyonun “Real Madrid”ində “yeni Məsut Özil” adlandırıb.

Nəşrin yazdığına görə, Arda Gülər Avstriya toplanışının ən çox seçilən futbolçularından biridir və Mourinyonun oyun sistemində Məsut Özilin vaxtilə oynadığı yaradıcı rolun yeni sahibi ola bilər.

Məqalədə qeyd olunur:

“Mourinyo dövrünün ilk ciddi sınağı maraqlı və ümidverici ilk hissə ilə yadda qaldı. Lakin ikinci hissədə komandanın fiziki hazırlığında müəyyən çatışmazlıqlar hiss olundu. Bundan başqa, əsas heyətdə mövsüm ərzində müntəzəm çıxış edəcək futbolçuların böyük hissəsinin hələ komandaya qoşulmaması da diqqətdən yayınmadı. Əslində, “Fiorentinaya qarşı meydana çıxan start heyətində yalnız üç futbolçunun yeri demək olar ki, təmin olunmuşdu: Denzel Dumfris, Federiko Valverde və Arda Gülər. Avstriya toplanışının ən böyük müsbət cəhəti isə məhz türk futbolçunun oyuna göstərdiyi təsir oldu. Arda artıq “Real Madrid”də keçirdiyi üçüncü mövsümdə tam yetişmiş futbolçu təsiri bağışlayır və meydanda özünü sərbəst şəkildə ifadə edir. O, Mourinyonun ikinci “Real Madrid” dövrünün yeni Məsut Özili olacaq”.(Referans Media )