Son dəqiqə
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Avropada təhlükəsizlik həyəcanı: Finlandiyada deputatların evlərinə müəmmalı basqınlar Krista Payk kimdir? Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar Güclü küləklə bağlı xəbərdarlı edildi Montella Türkiyə millisindən gedərsə neçə milyon avro TƏZMİNAT ALACAQ? Bakıda kazino əməliyyatı: 5 milyonluq şəbəkə ifşa olundu Şəhid Mahmud Əhmədovun qızı Mələk məktəbəqədər hazırlıq kursuna başlayıb – FOTO / VİDEO 5 şagird məktəbdə zəhərləndi – Yenilənib Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi
Reklam
Reklam

5 şagird məktəbdə zəhərləndi – Yenilənib

Cəmiyyət

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Cagdas.az Report-a istinadən xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird – S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib.

Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.

İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.

Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib:

“Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.

***

Qida Təhlükəsizliyi Agentliyindən soğuya cavab olaraq bildirilib ki, Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir:

“Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.