Son dəqiqə
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Avropada təhlükəsizlik həyəcanı: Finlandiyada deputatların evlərinə müəmmalı basqınlar Krista Payk kimdir? Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar Güclü küləklə bağlı xəbərdarlı edildi Montella Türkiyə millisindən gedərsə neçə milyon avro TƏZMİNAT ALACAQ? Bakıda kazino əməliyyatı: 5 milyonluq şəbəkə ifşa olundu Şəhid Mahmud Əhmədovun qızı Mələk məktəbəqədər hazırlıq kursuna başlayıb – FOTO / VİDEO 5 şagird məktəbdə zəhərləndi – Yenilənib Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi
Reklam
Reklam

Montella Türkiyə millisindən gedərsə neçə milyon avro TƏZMİNAT ALACAQ?

İdman

Türkiyə Futbol Federasiyası (TFF) A Milli Futbol Komandasının baş məşqçisi Vincenzo Montella ilə 31 iyul 2028-ci ilədək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verəcəyi təqdirdə, italiyalı mütəxəssisə milyonlarla avro məbləğində təzminat ödəməli ola bilər.

Çağdaş.Az xəbər verir ki, 2026-cı il FIFA Dünya Çempionatındakı uğursuz çıxışdan və UEFA Millətlər Liqasının A divizionunda keçirilən ilk iki oyunda məğlubiyyətdən sonra Montellanın gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Türkiyə mətbuatının yazdığına görə, TFF prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərliyi dövründə Montellanın maaşı 2025-ci ildə artırılıb.

Belə ki, 52 yaşlı mütəxəssisin illik əməkhaqqı 1,8 milyon avrodan 2,2 milyon avroya yüksəldilib.

Məlumata əsasən, TFF Montella ilə əməkdaşlığa vaxtından əvvəl son qoyacağı halda, müqavilənin qalan müddəti və maaş öhdəlikləri nəzərə alınmaqla təxminən 5 milyon avro təzminat ödəməli olacaq.