Son dəqiqə

Avropa liderləri razı olmasa da Orban bunu etdi

Dünya

Almaniya kansleri əlavə edib ki, Aİ liderləri Macarıstanın baş nazirinin Rusiyaya səfərini təsdiqləməyib.

Cagdas.az Almaniya kansleri Fridrix Merz bildirib ki, Macarıstan baş naziri Viktor Orban danışıqlar üçün Avropa mandatı və Avropa İttifaqı liderlərinin razılığı olmadan Moskvaya səfər edib. O, bu bəyanatı Berlində Sloveniya baş naziri Robert Qolobla birgə mətbuat konfransında səsləndirib.

“Viktor Orbanın mövqeyi bizə çoxdan məlumdur. Bu, onun Moskvaya ilk səfəri deyil”, – deyən Merz Macarıstanın baş nazirinin 2024-cü ildə ölkənin Avropa Şurasına sədrliyi dövründə də Moskvaya səfər etdiyini xatırladıb. “O, Avropa mandatı və bizim razılığımız olmadan ora gedir” deyə bildirib. “Ancaq burada yeni heç nə yoxdur, onun bu müharibəni bitirmək haqqında öz fikirləri var” deyə çıxış edib. Onun sözlərinə görə, bu fikirlər “hələ reallaşmayıb”.

“Əgər kiminsə bizdən daha yaxşı ideyaları varsa, bunu alqışlamaq lazımdır, lakin mən bunun ötən dəfəkindən daha uğurlu olacağına şübhə edirəm. Təəssüf ki,” deyə kansler əlavə edib.

Noyabrın 28-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Orban bəyan edib ki, Macarıstan suveren xarici siyasət yürüdür və Rusiya ilə əməkdaşlıq etdiyinə görə xarici təzyiqlərə boyun əyməyib./TASS/