Son dəqiqə
Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək? Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər – Səbəb Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar? Antibiotikin yeni zərəri üzə çıxdı – XƏBƏRDARLIQ AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır Paşinyan deputatı məhkəməyə verdi – 6 milyon təzminat istəyir
Reklam
Reklam

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadiyyat

Fevralın 27-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamındakı tapşırıqlardan irəli gələrək “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və əsas hədəflərin müzakirəsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi, eləcə də 2025-ci ildə iqtisadi artım, onun əsas amilləri və fəaliyyət sahələrində mövcud vəziyyət, 2025-ci ilin yekunları üzrə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət istiqamətləri, habelə digər cari məsələlər ətraflı müzakirə olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Çağdaş.Az-a bildirilib ki, gündəlikdə olan məsələlər üzrə Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən rəy və təkliflər bildirilib.

İclasın yekununda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verilib.