Son dəqiqə
Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər Ermənistanda polisləri güllələdilər: 2 yaralı Ramiz Mehdiyev məhkəməsinə onlayn qoşulacaq – Proses qapalı keçiriləcək Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü Sabah Bakıda yağış, rayonlara qar yağacaq Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb Heydər Əliyevin büstünü zədələyən erməni məhkəməyə çıxarılacaq Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib – FOTO
Reklam
Reklam

İlham Əliyev fərman imzaladı

İqtisadiyyat

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, eləcə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Çağdaş.Az xəbər verir ki, dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub.

Qanuna əsasən, bir sıra maddələr ləğv edilir və terminoloji dəyişikliklər aparılır. Belə ki, “sosial sığorta nömrəsi” anlayışı “fərdi identifikasiya nömrəsi (FİN)” ilə əvəz olunur.

Bununla yanaşı, Əmək Məcəlləsində əmək müqaviləsinin nümunəvi forması ilə bağlı bəzi ifadələr çıxarılır və bir sıra maddələrdə redaktə xarakterli dəyişikliklər edilir.

Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.