Son dəqiqə
Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI 3 bürc MİLYONÇU olacaq: Gözlənilməz sərvət və böyük miras qapısı açılır Komitə sədri məsələyə qarışdı: Nazirlər Kabinetinin 325 nömrəli qərarı… İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR “Sabah” Çempionlar Liqasında növbəti oyuna çıxır Dünya bazarında qızılın qiyməti artıb İqtisadiyyat üzrə Nobel mükafatı Stokholmda AÇIQLANACAQ Netanyahu “NAZA” sənədli filminin iştirakçıları barədə cinayət araşdırması tələb edib Sudanda qızıl uğrunda müharibə: Hava zərbəsi ilə bağlı ŞOK İDDİA
Reklam
Reklam

DİQQƏT! Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

İqtisadiyyat

Subasma riski olan ərazilərdə daşınmaz əmlak bazarında qiymət dinamikası müzakirə mövzusudur. Bu tip ərazilərdə yerləşən evlərin dəyərinin necə formalaşdığı və bazara təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Çağdaş.Az xəbər verir ki, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son baş verən hadisələr kanalizasiya və infrastruktur məsələləri artıq daşınmaz əmlak bazarında mühüm faktor kimi ön plana çıxmağa başlayıb:

“Bu təsir daha çox cari il ərzində hiss olunacaq, lakin zaman keçdikcə tədricən aktuallığını itirə bilər. Hazırda Bakı şəhər icra strukturları tərəfindən şəhərin müxtəlif ərazilərində, xüsusilə də kanalizasiya sistemi olmayan yerlərdə xırda kollektorların inşası istiqamətində layihələrə start verilib və bu işlər artıq həyata keçirilməkdədir. Əvvəllər belə infrastrukturun olmaması səbəbindən problemlər daha kəskin hiss olunurdu, lakin son dövrlərdə bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. Digər tərəfdən, bu vəziyyət istehlakçı davranışlarına da təsirsiz ötüşmür. Son hadisələrdən sonra ən azı yaxın 6 ay, 1 il ərzində fərdi ev almaq istəyən şəxslər seçim edərkən kanalizasiya xəttinin mövcudluğuna xüsusi diqqət yetirəcəklər. Bu da öz növbəsində bazarda müəyyən fərqlənməyə səbəb olacaq. Belə ki, kanalizasiya sistemi olan və risklərin daha az olduğu ərazilərdə həm tələbatın, həm də qiymətlərin artacağı gözlənilir. Amma infrastruktur problemlərinin olduğu ərazilər alıcılar üçün daha az cəlbedici olacaq və nəticədə həmin yerlərdə qiymət artımı zəif qala bilər və ya ümumiyyətlə müşahidə olunmaya bilər. Ümumiyyətlə qiymətlərlə bağlı ciddi proqnoz vermək mümkün deyil. Hər şey bazarda formalaşacaq tələbatdan və vətəndaşların mövqeyindən asılıdır. Hazırda bu məsələ ilə bağlı rəsmi statistika yoxdur, hansı ərazilərə nə qədər zərər dəydiyi barədə dəqiq məlumat mövcud deyil. Buna görə də nə mən, nə də digər ekspertlər dərin analiz apararaq konkret proqnoz verə bilirik. Lakin şübhəsiz ki, bunun bazara təsiri olacaq. Kanalizasiya sistemi olan, problem yaşanmayan və nisbətən hündür ərazilərə tələbat daha çox olacaq. Riskli və problem yaşana biləcək ərazilərdə isə maraq daha aşağı olacaq”.

Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.