Son dəqiqə
Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI 3 bürc MİLYONÇU olacaq: Gözlənilməz sərvət və böyük miras qapısı açılır Komitə sədri məsələyə qarışdı: Nazirlər Kabinetinin 325 nömrəli qərarı… İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR “Sabah” Çempionlar Liqasında növbəti oyuna çıxır Dünya bazarında qızılın qiyməti artıb İqtisadiyyat üzrə Nobel mükafatı Stokholmda AÇIQLANACAQ Netanyahu “NAZA” sənədli filminin iştirakçıları barədə cinayət araşdırması tələb edib Sudanda qızıl uğrunda müharibə: Hava zərbəsi ilə bağlı ŞOK İDDİA
Reklam
Reklam

Dünyada valyuta ehtiyatları 13 trilyon dollara çatdı

İqtisadiyyat

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən dünya valyuta ehtiyatlarının həcmi 13 trilyon ABŞ dolları səviyyəsinə çatıb.

Cagdas.az  Kredit.az-a istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 6,5% artım deməkdir və qlobal valyuta ehtiyatlarının tarixində yeni maksimum göstərici kimi qeydə alınıb.

Buna baxmayaraq, ABŞ dollarının ehtiyatlardakı payı 2024-cü ildəki 58,52%-dən 56,77%-ə düşərək müşahidələr tarixində ən aşağı səviyyəyə enib. BVF bu statistik məlumatları 1995-ci ildən təqdim edir.

Çin valyutası yuanın payı da 1,95%-ə qədər azalaraq 2017-ci ildən bəri minimuma düşüb. Əvəzində yapon yeni 5,78%-ə yüksələrək 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Ən böyük pay isə avroya məxsusdur və 20,25% təşkil edir.

Beləliklə, qlobal valyuta ehtiyatlarında pay bölgüsündə dəyişikliklər davam edir, ABŞ dollarının dominantlığı azalır, Asiya valyutaları isə güclənir.