Son dəqiqə
Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır Sabah yağış yağacaq Sülh, yoxsa hakimiyyətin xilası, Paşinyan 2027-yə niyə qayıtdı… Prezident gözlənilən ŞAD xəbəri elan etdi – Nələr dəyişəcək? Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır

Hikmət Hacıyev Ermənistanın Dilican şəhərinə GETDİ

Manşet

İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

Çağdaş.Az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.