BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazı vasitəsilə həyata keçirdiyi təxliyə əməliyyatını yük gəmisinə edilən hücumdan sonra müvəqqəti dayandırıb.
Cagdas.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
Təşkilatın baş katibi Arsenio Dominqes qərarı elan edib:
“IMO-nun təxliyə planı işə salındıqdan və bir neçə gəminin uğurla təxliyəsi həyata keçirildikdən sonra qərara gəldim ki, planın icrası müvəqqəti dayandırılsın. Məqsəd təxliyə siyahısında olan gəmilər və bölgədəki bütün digər gəmilər üçün zəruri təhlükəsizlik təminatlarının hələ də qüvvədə olduğuna bir daha əmin olmaqdır”.
Onun sözlərinə görə, cümə günü Oman körfəzində Hörmüz boğazından keçən bir gəmiyə hücum edildiyi barədə məlumat alıb.
Lakin həmin gəmi IMO-nun təxliyə proqramı çərçivəsində hərəkət etmirdi.
Dominqes vurğulayıb ki, dənizçilərin təhlükəsizliyi təşkilat üçün əsas prioritet olaraq qalır.
Xatırladaq ki, SEPAH Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum edib. Bundan əvvəl isə Oman sahilləri yaxınlığında naməlum mərmi bir tankeri vurmuşdu./Globalinfo.az
















