Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Türkiyənin gücü Avropanın xilasına çevrilir: NATO-dan mühüm mesaj

Dünya

NATO baş katibi Mark Rütte Türkiyənin müdafiə sənayesinin artıq təkcə ölkənin deyil, bütün alyansın təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını bəyan edib.

Çağdaş.Az xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Türkiyəyə səfəri çərçivəsində ASELSAN Texnologiya Bazasında çıxış edərək şirkətin Türkiyənin müdafiə sənayesində baş verən böyük transformasiyada aparıcı rol oynadığını deyib. O bildirib ki, bu inkişaf təkcə Türkiyəyə deyil, NATO-nun bütün üzv ölkələrinə fayda verəcək.

Rütte vurğulayıb ki, alyans mövcud təhlükəsizlik çağırışları fonunda daha çox silah istehsal etməli, innovasiyaları sürətləndirməli və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməlidir. Onun sözlərinə görə, Türkiyənin radar sistemləri, elektron müharibə texnologiyaları, hava hücumundan müdafiə vasitələri və digər yüksək texnologiyalar sahəsində qazandığı təcrübə NATO üçün mühüm nümunədir.

Baş katib ASELSAN-ı innovasiya tempini daha da artırmağa çağıraraq bildirib ki, güclü müdafiə sənayesi alyansın kollektiv təhlükəsizliyinin əsas dayaqlarından biridir./Musavat.com