Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Tehran: ABŞ həm BMT Nizamnaməsini, həm də razılaşmanı pozdu

Dünya

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikası ərazisinə endirdiyi zərbələrin BMT nizamnaməsini və Tehranla Vaşinqton arasında münaqişənin həlli barədə əldə edilən razılaşmaları pozduğunu bildirib.

Çağdaş.Az-ın məlumatına görə, bu barədə İranın xarici siyasət idarəsinin bəyanatında deyilir.

“İslam Respublikasının Xarici İşlər Nazirliyi bazar günü səhər saatlarında ABŞ Ordusu tərəfindən həyata keçirilən hava hücumlarını qətiyyətlə pisləyir. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibənin dayandırılması haqqında Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulması olan bu şiddətli hücumlar ABŞ rejiminin öz öhdəliklərinə heç bir əhəmiyyət vermədiyini göstərir”, – bəyanatda bildirilir.

İranın Xarici İşlər Nazirliyi respublikanın dövlətlərin özünümüdafiə hüququnu təsbit edən BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək niyyətində olduğunu vurğulayıb./Report/