Son dəqiqə
Günün rəsmi məzənnələri açıqlandı Süni Ay torpağında kartof yetişdirildi – Astronavtların gələcək qida mənbəyi ola bilər Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video) Sevdiyini heç vaxt unutmayan 5 bürc Nvidia qalmaqalı böyüyür: NYT Alis Huanq barədə yeni iddia irəli sürdü Bakıda yağış yağacaq, dağlara qar düşəcək – Bu günün havası Nuhun gəmisinin izi tapılıb? ABŞ laboratoriyasından ilk nəticələr gəldi Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO Bakının bəzi yollarında sıxlıq müşahidə olunur OpenAI-dan AI təhlükəsizliyi ilə bağlı qlobal təşəbbüs

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi üzrə danışıqlar davam edir

Dünya

Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı danışıqlar davam edir. Bu barədə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib.

Çağdaş.Az bildirir ki, Lantratovanın sözlərinə görə, hazırda tərəflər arasında əlaqə saxlanılır və əsirlərin siyahıları üzərində iş aparılır.

O bildirib ki, təhlükəsizlik səbəbindən mübadilənin tarixi və digər təfərrüatları əvvəlcədən açıqlana bilməz.

“Mübadilə prosesi davam edir. Ümid edirəm ki, yeni mərhələ yaxın vaxtlarda baş tutacaq. Təhlükəsizlik baxımından tarixləri və digər detalları əvvəlcədən açıqlaya bilmərik. Lakin tərəflər arasında təmas var, siyahılar dəqiqləşdirilir və operativ nəticəyə ümid edirik”, – deyə Lantratova bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi iyunun 26-da keçirilən son əsir mübadiləsi çərçivəsində 160 rus hərbçisinin Ukrayna əsirliyindən geri qaytarıldığını, əvəzində isə 160 ukraynalı hərbçinin Kiyevə təhvil verildiyini açıqlamışdı.