Son dəqiqə
Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib

İrəvandan GÖZLƏNİLMƏZ gediş: Paşinyan Azərbaycanın şərtləri ilə RAZILAŞIR

Cəmiyyət

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanla sülh sazişinin mətninə qarşılıqlı dəyişikliklər etmək cəhdlərini dayandırdığını və artıq razılaşdırılmış variantı qəbul etdiyini bəyan edib.

Baş nazirin sözlərinə görə, tərəflər “pinq-ponq” diplomatiyası ilə sənədin mətnini daha da təkmilləşdirməyin qeyri-mümkün olduğu həddə çatıblar.

Cagdas.az –un məlumatına görə, Paşinyan bu addımın fərqli bir məntiqə əsaslanan münasibətlər qurmaq məqsədilə atıldığını vurğulayıb:

“Gördük ki, “pinq-ponq” üsulu ilə sülh sazişinin mətnini daha da yaxşılaşdırmaq imkanı tükənib. Qarşımızda iki yol var idi: ya bu qarşılıqlı prosesi davam etdirməli, ya da fərqli bir məntiqlə irəliləməli idik. Biz artıq razılaşdırılmış mətnlə razılaşmaq qərarına gəldik”.

Paşinyan həmçinin qonşu dövlətlərlə münasibətlərin sabitlik və iqtisadi inkişafa xidmət edəcək şəkildə qurulmasının vacibliyini qeyd edib:

“Qonşularımızla elə münasibətlər formalaşdırmalıyıq ki, qarşılıqlı sabitlik və iqtisadi yüksəliş hər iki tərəf üçün faydalı olsun”.\musavat.com\