• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

130 abidəyə mina səbəbindən baxış keçirmək mümkün olmayıb

17 Sentyabr, 26 / 15:34
A A

İşğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma nəticəsində 68 abidənin tamamilə dağıdıldığı, 114 abidənin isə müxtəlif dərəcədə zədələndiyi müəyyən edilib.

Cagdas.az  xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 3-dən etibarən Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə 575 abidədə inventarlaşdırma işləri aparılıb. Onlardan 196-sı Şuşa şəhərində yerləşir.

Nazir müavini qeyd edib ki, inventarlaşdırma yalnız abidələrin baxışdan keçirilməsi ilə məhdudlaşmır. Proses zamanı sahə araşdırmaları aparılır, elektron xəritələr hazırlanır, fotofiksasiya və dron çəkilişləri həyata keçirilir, arxiv sənədləri araşdırılır.

Səadət Yusifovanın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması ərazilərin minalarla çirklənməsi səbəbindən hələ başa çatdırılmayıb.

O bildirib ki, aparılan təhlillərə əsasən, 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Nazir müavini dini abidələrə də ciddi ziyan dəydiyini deyib. Onun açıqlamasına görə, dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə məhv edilib, 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif səviyyədə zədələnib.

Səadət Yusifova xristian dini irsinə də ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, bölgədə bir məbəd tamamilə dağıdılıb, 20 məbəd isə müxtəlif dərəcədə zərər görüb.

Nazir müavini həmçinin Xudavəng monastırında işğal dövründə qanunsuz müdaxilələr və bərpa işlərinin aparıldığını, freskalar və xaçdaşların sökülərək ölkədən kənara çıxarıldığını bildirib. O, Xudavəng və Gəncəsər komplekslərindəki qəbirlərlə bağlı da müdaxilələrin olduğunu qeyd edib.

Səadət Yusifovanın sözlərinə görə, bu faktlarla əlaqədar beynəlxalq hüquqi müstəvidə atributsiya və restitusiya məsələlərinin qaldırılması zəruridir.

“Bu istiqamətdə İnterpol və UNESCO çərçivəsində müvafiq işlər artıq davam etdirilir”, – nazir müavini bildirib.

Bənzər Xəbərlər

Cəmiyyət

Dövlət müəssisələrinə satınalmada sərbəst limit verilsin – Deputat

Sentyabr 17, 2026
Cəmiyyət

AZAL, Bakı Metropoliteni və “Azərkosmos” öz qaydaları ilə satınalma edə biləcək

Sentyabr 17, 2026
Cəmiyyət

İlham Əliyev TDT-nin təhlükəsizlik rəsmilərini qəbul edib

Sentyabr 17, 2026
Cəmiyyət

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

Sentyabr 17, 2026
Cəmiyyət

2027-ci ildə dövlət büdcəsi hara xərclənəcək? – SİYAHI

Sentyabr 17, 2026
Cəmiyyət

İşsiz şəxslərin diqqətinə: 478 manat…

Sentyabr 17, 2026

XƏBƏR LENTİ

Dövlət müəssisələrinə satınalmada sərbəst limit verilsin – Deputat

17 Sentyabr, 26 / 16:25

AZAL, Bakı Metropoliteni və “Azərkosmos” öz qaydaları ilə satınalma edə biləcək

17 Sentyabr, 26 / 16:13

İlham Əliyev TDT-nin təhlükəsizlik rəsmilərini qəbul edib

17 Sentyabr, 26 / 15:59

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

17 Sentyabr, 26 / 15:47

130 abidəyə mina səbəbindən baxış keçirmək mümkün olmayıb

17 Sentyabr, 26 / 15:34

2027-ci ildə dövlət büdcəsi hara xərclənəcək? – SİYAHI

17 Sentyabr, 26 / 15:21

Mikayıl Cabbarov 2030-cu il hədəflərini açıqladı

17 Sentyabr, 26 / 15:11

İşsiz şəxslərin diqqətinə: 478 manat…

17 Sentyabr, 26 / 14:57

İrəvandan GÖZLƏNİLMƏZ gediş: Paşinyan Azərbaycanın şərtləri ilə RAZILAŞIR

17 Sentyabr, 26 / 14:45

Minalanmış ərazilər tarixi abidələr üçün təhlükə yaradır – Adil Kərimli

17 Sentyabr, 26 / 14:32
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.