Son dəqiqə
Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

Cəmiyyət

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu il iyunun 30-da Nyu-Yorkda 7,5 milyon dollara əmlak alıb. 

Cagdas.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, söhbət Manhettenin Çelsi rayonundakı 543 Vest 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir.

“Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu “MRCRI Prop” LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Kent Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate” LLC olub. Əmlakın ümumi sahəsi 434.6 kvadrat metrdir.

Əmlak biznes istifadəsi, böyük ehtimalla “Gazelli Art House” üçün alınıb. Duqlas Uollanın Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kurator olduğu bildirilir”, – jurnalist əlavə edib.