Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər

Cəmiyyət

Yuxu hormonu melatoninin çatışmazlığı xərçəngin inkişafına təsir göstərir.

Cagdas.az  Medicina.az-a istinadən xəbər verir ki, onkoloq İvan Karasev yuxu hormonu melatoninin vacibliyini önə çəkib. Həkim xəbərdarlıq edib ki, melatonin çatışmazlığı sürətlə qocalma və xərçəngin inkişafına səbəb olur:

“Bu gün elm adamları yuxu hormonu olan melatoninin çatışmazlığı ilə xərçəngin inkişafı arasındakı əlaqədən danışırlar.

İnsan bədənində melatonin istehsalı qaranlığın başlaması ilə sintez olur. Bu yuxu hormonunda çatışmazlıq olmayan insan tez yuxuya gedir və kifayət qədər uzun müddət yatır, dərin və keyfiyyətli yuxu təmin edir.

Melatonin iltihab əleyhinə təsir göstərir və immun sistemini stimullaşdırır. Nə qədər çox melatonin istehsal olunursa, insan bir o qədər yavaş qocalır”, – deyə İvan Karasev bildirib.

Nəticələr göstərir ki, gecə işləməli olan insanlar (bu zaman bədənləri melatonin istehsal etmir) xərçəngə daha çox meyllidir. Xüsusilə, qadınlarda döş, yumurtalıq və yoğun bağırsaq xərçəngi riski təxminən 30 faiz artır”.

Həkim əlavə edib ki, melatonin insan tam qaranlıqda yatanda ən yaxşı şəkildə istehsal olunur – hətta çox kiçik işıq mənbələri belə onun istehsalını azalda bilər:

“Həb şəklində qəbul etməkdənsə, yuxunuzu və öz melatonin istehsalınızı yaxşılaşdırmaq daha yaxşıdır”.