Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Həkim səhvi sizə zərər vurubsa… – Vəkildən vacib xəbərdarlıq

Cəmiyyət

Tibb müəssisələrinə müraciət edən vətəndaşların bir sıra hüquqları var və tibbi xidmət zamanı həmin hüquqların qorunması təmin edilməlidir.

Çağdaş.Az xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında vəkil Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, pasiyentlərin əsas hüquqlarından biri keyfiyyətli tibbi yardım almaqdır. Dövlət tərəfindən əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin göstərilməsi ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib.

Vəkil qeyd edib ki, dövlətin öhdəliyi yalnız qanunvericilik bazasının yaradılması ilə məhdudlaşmır, eyni zamanda tibb müəssisələrində pasiyentlərin hüquqlarının qorunmasına da nəzarət edilir.

“Pasiyent tibb müəssisəsinə müraciət etdiyi zaman həkim və qeydiyyatın aparılmasına məsul şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalmamaq hüququna malikdir. Müraciətinin vaxtında qeydə alınmasını və bununla bağlı lazımi göndərişin edilməsini tələb edə bilər. Şəxs özünü pis hiss etdikdə, qəza və ya xəstəlik halında ilkin tibbi yardım almaq hüququna da malikdir”, – deyə R.Süleymanov bildirib.

Vəkil, həmçinin pasiyentlərin tibb müəssisələrində müəyyən vəzifələrinin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, vətəndaşlar müəssisənin daxili intizam qaydalarına riayət etməli, sakitliyin və sabitliyin qorunmasına töhfə verməlidirlər.

R.Süleymanovun sözlərinə görə, vətəndaş öz hüquqlarının pozulduğunu düşünürsə, ilk növbədə tibb müəssisəsinin rəhbərliyinə – baş həkimə və ya icraçı direktora müraciət edə bilər.

“Bundan əlavə, həmin tibb müəssisəsinin aid olduğu quruma, o cümlədən TƏBİB-ə və ya Səhiyyə Nazirliyinə müraciət etməklə hüquqlarının pozulması barədə məlumat verə və məsələnin araşdırılmasını tələb edə bilər”, – deyə vəkil vurğulayıb.

O qeyd edib ki, həkimin səhvi nəticəsində vətəndaşa zərər dəydiyi halda, həmin şəxs hüquq-mühafizə orqanlarına da müraciət edə bilər.