Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Fermerlərin torpağı əlindən alına bilər

Cəmiyyət

“Məhsul şəhadətnaməsi”nin qiymətli kağız funksiyası daşımasının hüquqi baxımdan müəyyən parametrləri və riskləri olduğu bildirilib.

Cagdas.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsində “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Novruzəli Aslanov çıxış edib.

Deputat kənd təsərrüfatı sahəsinin spesifik olduğunu və bu səbəbdən qanun layihəsi ilə bağlı müəyyən həssas məqamların yarandığını deyib.

“Bu, çox həssas məsələ olduğu üçün gələcəkdə televiziya, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə mütəxəssislər tərəfindən insanlara daha ətraflı izah olunmalıdır.

Məhsul şəhadətnaməsinin qiymətli kağız funksiyasını daşıması hüquqi olaraq müəyyən parametr və riskləri də bərabərində gətirir. Əgər bu şəhadətnamə əldə olunursa, gələcəkdə onun başqa bir şəxsə bağışlanması və ya vərəsəlik üzrə keçməsi necə tənzimlənəcək?

Əgər gələcəkdə fors-major hallar baş verərsə, öhdəliklərin icra olunmaması zamanı fermerin torpağının və ya əmlakının əlindən alınması riski varmı?

Ən əsas məsələ maliyyəyə əlçatanlığı təmin etmək, prosedurları daha asan və rahat həyata keçirməkdir. Hesab edirəm ki, bu barədə çoxlu sualların olacağını nəzərə alaraq, ictimai sahədə, media vasitəsilə geniş müzakirələr aparılmalıdır”, – deyə deputat bildirib\modern.az\