Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

Cəmiyyət

Qəbiristanlıqların idarə olunması və dəfnlərin təşkili zamanı müəyyən edilmiş tələbləri pozan şəxslər və vəzifəli şəxslər cərimələnə bilər.

Cagas.az Ajans.az-a istinadən xəbər verir ki, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrinə daxil edilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək cərimə edilir.

Qəbiristanlıqların qorunması tələblərinin, eləcə də dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 1 000 manatadək cərimə edilir.

Qəbir yerlərinin rezervasiyası ilə bağlı tələblərin pozulmasına, həmçinin dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1 000 manatadək cərimə tətbiq olunur.

Qeyd edək ki, bu Ajans.az-ın özəl xəbəridir.