Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Boşanmadan aliment almaq olar? – Çoxlarının bilmədiyi qayda

Cəmiyyət

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər.

Cagdas.az -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar.

Valideynlər bu vəzifəni könüllü şəkildə yerinə yetirmədikdə uşağın saxlanılması üçün aliment məhkəmə qaydasında tələb oluna bilər.

Bunun üçün ilk növbədə alimentin müəyyən edilməsi ilə bağlı mediasiya təşkilatına müraciət olunmalıdır. Mediasiya xərci 60 manat təşkil edir.

Əgər mediasiya prosesində tərəflər arasında alimentin məbləği ilə bağlı razılıq əldə olunmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Bu halda dövlət rüsumu ödənilmir.

Bir uşağa görə aliment, bir qayda olaraq, valideynin qazancının və digər gəlirlərinin dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə yarısı miqdarında tutulur. Gəlirin qeyri-müntəzəm olması və ya digər hallarda məhkəmə alimenti sabit pul məbləğində də müəyyən edə bilər.\milli.az\