Son dəqiqə
Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı

Tıxacda bunu edən sürücülərə xəbərdarlıq – Məsuliyyətə cəlb olunacaqsınız

Cəmiyyət

Şəhərdə tıxacların artması yanğınsöndürən və xilasetmə avtomobillərinin hadisə yerinə vaxtında çatmasına mane olur.

Bu barədə  Cagdas.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yay istirahət mövsümünün başa çatması və yeni tədris ilinin başlaması ilə şəhərdaxili yollarda sıxlıq müşahidə olunur. Bu vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların hərəkətində ciddi çətinliklər yaradır.

FHN xüsusilə bəzi sürücülərin yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsinin hadisə yerinə çatma vaxtını uzatdığını və nəticələrin operativ aradan qaldırılmasına mane olduğunu açıqlayıb.

Nazirlik sürücüləri yollarda hərəkət edən operativ nəqliyyat vasitələrinə dərhal yol verməyə çağırıb.

Qeyd olunub ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

FHN vurğulayıb ki, belə gecikmələr təhlükədə olan insanların həyatının xilas edilməsinə də mane ola bilər.

“Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb”, – deyə nazirlikdən bildirilib.