Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Azərbaycanda 2,5 milyon insan xəstələnib

Cəmiyyət

Azərbaycanda 2025-ci ildə ilk dəfə xəstəlik diaqnozu qoyulan şəxslərin ümumi sayı 2 milyon 516 min 677 nəfər olub.

Cagdas.az xəbər veriri ki bu barədə  Dövlət Statistika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq məlumat verilib.

Statistikaya görə, 2024-cü ildə ilk dəfə xəstəlik aşkarlanan şəxslərin sayı 2 milyon 870 min nəfər təşkil edib. 2025-ci ildə bu göstəricinin 2 milyon 516 min 677 nəfərə enməsi ümumi xəstələnmə sayında 12,3 faiz azalma olduğunu göstərir.

2025-ci ildə ən çox tənəffüs orqanlarının xəstəlikləri qeydə alınıb. İl ərzində bu kateqoriya üzrə 841 min 789 nəfərə ilk dəfə diaqnoz qoyulub.

Ən çox qeydə alınan xəstəlik kateqoriyaları belə sıralanır:

  1. Tənəffüs orqanlarının xəstəlikləri – 841 789 nəfər
  2. Qan dövranı sistemi xəstəlikləri – 247 019 nəfər
  3. Həzm sistemi xəstəlikləri – 216 749 nəfər
  4. Travmalar, zəhərlənmələr və xarici səbəblər – 155 137 nəfər
  5. Sidik-cinsiyyət sistemi xəstəlikləri – 154 466 nəfər
  6. Bəzi infeksion və parazitar xəstəliklər – 148 481 nəfər
  7. Göz xəstəlikləri – 136 519 nəfər
  8. Sinir sistemi xəstəlikləri – 105 758 nəfər
  9. Dəri və dərialtı toxuma xəstəlikləri – 86 727 nəfər
  10. Qulaq və məməyəbənzər çıxıntı xəstəlikləri – 81 498 nəfər

Statistikada diqqət çəkən məqamlardan biri sinir sistemi xəstəlikləri ilə bağlıdır. Bu kateqoriya üzrə 2024-cü ildə 89 min 370 hal qeydə alındığı halda, 2025-ci ildə göstərici 105 min 758-ə yüksəlib.

Beləliklə, bir il ərzində sinir sistemi xəstəlikləri üzrə ilk dəfə qeydə alınan diaqnozların sayı 16 min 388 nəfər artıb.

2025-ci ildə ən az qeydə alınan xəstəlik kateqoriyalarından biri isə anadangəlmə anomaliyalar olub.

Ümumilikdə isə Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2025-ci ildə ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 2024-cü illə müqayisədə azalıb. Bununla yanaşı, ayrı-ayrı xəstəlik qruplarında artım müşahidə olunub.\modern.az\