• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Alban-Udi icmasından Ermənistana mesaj : “Tarixi saxtalaşdırırlar”

18 Sentyabr, 26 / 17:19
A A

Azərbaycan Alban-Udi xristian dini icması bəyanat yayıb.

Cagdas.az –ın xəbərinə görə, bəyanatda deyilir ki, Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhval-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayır.

“Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər yüksək vəzifəli rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etməsi tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpus nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir”, – bəyanatda deyilir.

İcma bəyan edir ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir: “Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir. Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Böyük bir mədəniyyət yaratmış, öz əlifbası olmuş bir irsə qarşı bütün hücumlar iflasa uğrayacaq. Əlahəzrət faktları danmaq olmaz”.

Bəyanatda diqqətə çatdırılıb ki, 313-cü ildə Alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul edib, bu, tarixdən məlumdur: “Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng monastırının tarixi 6-7-ci əsrlərə gedib çıxır. Tarixi necə dəyişmək, necə saxtalaşdırmaq olar? Danılmaz həqiqətdir ki, Gəncəsər məbədi alban knyazı Həsən Cəlal Dövlənin göstərişi ilə 1216-1238-ci illərdə inşa edilmiş və 1240-cı ildə alban patriarxı Nersesin xeyir duasını almışdır. Gəncəsər məbədinin əhəmiyyəti və bizim üçün xüsusi dəyəri ondan ibarətdir ki, o, alban katolikosluğunun iqamətgahı olmuşdur. Həsən Cəlalın sülaləsindən olan knyazlar və ruhanilər, o cümlədən Həsən Cəlal Allahverdi bəy monastırın ərazisində dəfn edilmişdir. Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra Çar sinodunun qərarı 1836-cı ildə Alban Apostol Kilsəsinin fəaliyyətinə son qoyulmuş, onun maddi və mənəvi irsinin bir qisminə Erməni-Qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədləri qriqorianlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər ya məhv edilmiş ya da saxtalaşdırılmışdır. Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının tarixi-mədəni irsinin min cür saxta oyunlarla erməniləşdirilməsi və mənimsənilməsi cəhdləri son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın vaxtilə işğal altında olmuş torpaqlarında bir dənə də olsun alban məbədinin tarixi siması olduğu kimi saxlanılmamışdır”.

Bəyanatda bildirilir ki, Qafqaz Albaniyasının tarixi-mədəni irsini mənimsəyərək özünə saxta tarix yaratmaq həm keçmişə, həm də gələcəyə qarşı çıxmaq, mehriban qonşuluq və dinc birgə yaşayışın əsaslarını baltalamaqdır: “Eyni siyasətin bu gün də davam etməsi və Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi qəbuledilməzdir. Tarix olduğu kimi öyrənilməli, yazılmalı və təqdim edilməlidir. Biz, bu torpağın ilk xristianları, öz tarixi və dini-mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərini qətiyyətlə rədd edirik. Tarixi reallıq sübut edir ki, Qafqaz Albaniyasının tarixi-siyasi və mədəni-dini irsi bu gün ayrı-ayrı etnosların, dinlərin və etiqadların əsrlərlə tolerantlıq şəraitində yaşadığı Azərbaycan dövlətinə və Azərbaycan xalqına məxsusdur. Bu gün öz dilini, dinini, adət-ənənələrini yaşadan xristian icma olaraq biz dədə-babalarımızdan qalan müqəddəs mirasa bundan sonra da sahib çıxacaq və erməni saxtakarlığına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu gün biz udilər Qəbələ və Oğuzdakı kilsələrdə ibadət etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdəki qədim alban məbədlərində, o cümlədən “Gəncəsər”, “Ağoğlan”, “Xudavəng”, “Amaras” və digər müqəddəs məkanlarda da sərbəst dini ayin və mərasimlər keçiririk”.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

Sentyabr 19, 2026
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News
Cəmiyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ

Sentyabr 19, 2026
Cəmiyyət

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Sentyabr 19, 2026
Cəmiyyət

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

Sentyabr 19, 2026
Cəmiyyət

Qohum nikahı qadağası ilə bağlı iddia — AÇIQLAMA

Sentyabr 19, 2026
Cəmiyyət

Azərbaycanda 2,5 milyon insan xəstələnib

Sentyabr 18, 2026

XƏBƏR LENTİ

Azərbaycanda 90 məktəblə bağlı qərar verildi

19 Sentyabr, 26 / 12:21

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı

19 Sentyabr, 26 / 11:59

Kredit faizləri, əmanətlər, dollar… – Əhalini maraqlandıran vacib PROQNOZ

19 Sentyabr, 26 / 11:37

Ev kirayələyənlərin çoxunun bilmədiyi təhlükə - XƏBƏRDARLIQ!

19 Sentyabr, 26 / 11:14
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ

19 Sentyabr, 26 / 10:53

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

19 Sentyabr, 26 / 10:32

“Galaxy S26” almaq istəyənlərə PİS XƏBƏR

19 Sentyabr, 26 / 10:14

3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb

19 Sentyabr, 26 / 9:50

Bu bürclərə xoş sürpriz gəlir

19 Sentyabr, 26 / 9:33

Bu müəllimlər sertifikasiyadan azad ediləcək

19 Sentyabr, 26 / 9:16
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.