Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Bakıda sentyabrın 21-də elektrik enerjisi kəsiləcək

Cəmiyyət

Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar sentyabrın 21-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Cagdas.az -a “Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.\modern.az\