Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Araqçi Nyu-Yorka getdi

Cəmiyyət

İranın xarici işlər naziri Abbas Araqçi bazar günü axşam Tehrandan Nyu-Yorka yola düşüb.

Cagdas.az  xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Araqçi ABŞ-a səfəri çərçivəsində Qətərin paytaxtı Dohada qısa müddətlik dayanacaq. Bildirilir ki, İranın xarici işlər naziri burada regionda baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparacaq.

Araqçinin səfəri İran Prezidenti Məsud Pezeşkianın Nyu-Yorka səfərindən bir neçə gün əvvəl baş tutacaq. İran lideri də BMT Baş Assambleyasının illik sessiyasında iştirak etməyi planlaşdırır.

İran mətbuatı Araqçinin səfər proqramının digər detalları, həmçinin Dohada keçirəcəyi ehtimal olunan məsləhətləşmələr barədə hələlik əlavə məlumat verməyib.\modern.az\