Son dəqiqə
Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi

Mərkəzi Bank bu həftə qərarını açıqlayacaq

Cəmiyyət

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Cagdas.az xəbər verir ki, AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbəti qərar sentyabrın 23-də elan ediləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti iyulun 31-də keçirilən son iclasında faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb. Hazırda uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% təşkil edir.

Son qərar inflyasiyanın dinamikası və proqnozları, valyuta bazarındakı vəziyyət və daxili maliyyə bazarında gedən proseslər nəzərə alınmaqla qəbul edilib.

Avqustda Azərbaycanda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Beləliklə, inflyasiya Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonunda qalmaqla onun yuxarı həddinə yaxın səviyyədədir. Mövcud inflyasiya dinamikası faizlərin azaldılması imkanlarını məhdudlaşdıran amillərdən biri kimi çıxış edir. Eyni zamanda inflyasiyanın hədəf diapazonunu aşmaması faizlərin artırılması istiqamətində təzyiqləri də zəiflədir. Bu baxımdan, sentyabr iclasında faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılması mümkün ssenarilərdən biri hesab oluna bilər.

AMB-nin son proqnozuna əsasən, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir.

Mərkəzi Bank əvvəlki qərarında növbəti dövrdə faiz dəhlizinə dair qərarların inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəyini bildirib.\modern.az\