Son dəqiqə
Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır – GÖRÜNTÜ

Cəmiyyət

Ermənistanın “Güclü Ermənistan” fraksiyasının üzvləri Azərbaycan ərazisində yerləşən Kərki kəndində qanunsuz ağacəkmə aksiyası keçirib.

Cagdas.az  yerli KİV-ə istinadən xəbər verir ki, fraksiya rəhbəri Narek Karapetyan bildirib ki, burada “Müstəqillik bağı” salınacaq.

Onun sözlərinə görə ərazidə qlampinq kompleksinin yaradılması ilə bağlı turizm layihəsi də hazırlanır və yaxın vaxtlarda tikinti üçün icazə alınmasına müraciət ediləcək.

Qeyd edək ki, Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisində yerləşən eksklavdır və hazırda Ermənistanın faktiki nəzarətindədir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu ərazinin Ermənistanın 29 743 kvadratkilometrlik beynəlxalq tanınmış ərazisinə daxil olmadığını bildirib.

Beləliklə, statusu Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində müzakirə olunan Kərkidə Ermənistan tərəfinin yeni turizm infrastrukturu yaratmaq planı sülh prosesini təhlükəyə atan addım hesab olunmalıdır.\modern.az\