Son dəqiqə
Dollar niyə bahalaşır? Paşinyan Avrasiya İttifaqının tədbirinə getmədi – onlayn qatıldı Zinəddin Zidan 20 ildən sonra Marko Materatsi hadisəsi barədə danışdı Oktyabrın 3-də havanın temperaturu kəskin dəyişəcək UEFA Türkiyə futbolunda baş verənlərə görə hərəkətə keçdi: müşahidəçi göndəriləcək Prezidentdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Van’da tarixi əməliyyat: Qızılı işləməli qədim Tövrat ələ keçirildi Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA SON DƏQİQƏ! Vasif Talıbov YAP-dan çıxarılır
Reklam
Reklam

Dünya Bankından Zəngəzur MÜJDƏSİ

Cəmiyyət

Orta Dəhlizin imkanlarından tam istifadə Azərbaycan üçün ümumi daxili məhsulun (ÜDM) əlavə olaraq 1,84 faiz artımını təmin edə bilər.

Bu barədə Dünya Bankının “İnteqrasiya: Trans-Xəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası” adlı hesabatında deyilir.

Hesabatda bildirilir ki, bu artım cari qiymətlərlə təxminən 1,3 milyard dollar məbləğində qiymətləndirilir. Orta Dəhlizin inkişafı Azərbaycanda ümumi məşğulluğun da 1,5 faiz artmasına imkan yarada bilər.

Bildirilir ki, Orta Dəhlizin inkişafı uzunmüddətli perspektivdə marşrut üzrə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3 faiz və ya cari qiymətlərlə təxminən 58 milyard dollar artıra bilər. Bu ölkələrdə ümumi məşğulluğun isə 2,9 faiz artacaq.

Avrasiya məkanında baş verən hadisələr fonunda bu dəhlizin siyasi və iqtisadi əhəmiyyəti daha da artır. Orta Dəhliz fəaliyyətə tam olaraq başladıqdan bir neçə il sonra onun iqtisadi dividentlərinin nə qədər maraqlı olduğunu görən dövlətlər və ilk növbədə Azərbaycan bu yolun əsaslı şəkildə genişləndirilməsi təşəbbüsü ilə çıxış edəcəklər.

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib ki, iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır.

Orta Dəhlizdən gələn mənfəətin məbləği aydındır, bəs onun bir hissəsi olan Zəngəzur yolunun reallaşması 2027-ci ildə mümkündürmü?
WhatsApp Image 2026-10-02 at 11.55.25.jpeg (72 KB)

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Cagdas.az -a fikrini bölüşüb: “Qeyd edildiyi kimi, istər ölkəmizin ümumi daxili məhsulunun (ÜDM) formalaşmasında, istər xidmət sektoruna verdiyi töhfə, istərsə də strateji-qlobal əhəmiyyəti baxımından Orta Dəhliz Azərbaycan üçün sözün həqiqi mənasında çox önəmlidir. Azərbaycanın yerləşdiyi coğrafi koordinatlar, eyni zamanda ölkəmizin qurduğu infrastrukturlar bu önəmi daha da artırır. Bunun üzərinə ölkənin etibarlı tərəfdaş imicinin davamlı olaraq möhkəmlənməsi də Orta Dəhliz konsepsiyasını gücləndirir.

Konkret Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə, nəzərə alsaq ki, orada dəhliz infrastrukturunun yaradılması birinci növbədə çox vacibdir. Bu infrastrukturların — avtomobil, dəmir yolu və digər kommunikasiyaların qurulması üçün Ermənistan tərəfindən konkret addımlar atılmalıdır. Hazırkı vəziyyətdə isə Ermənistan bu addımları atmır. Bunun əsas səbəblərindən biri region ölkələri — Rusiya və İranla bağlı məsələlərin reallıq olaraq qalmasıdır. Düzdür, bu ölkələrin təsiri davamlı olaraq azalsa da, hələ ki sıfıra enməyib”.

İqtisadçı qeyd edib ki, digər vacib məsələ burada böyük ölçüdə ABŞ və Ermənistan arasında yaradılmış, payının 74% -i ABŞ-yə, cəmi 26% -i Ermənistana məxsus olan beynəlxalq inkişaf şirkətinin rolunun olmasıdır: “Belə olan halda, Rusiya və İran faktorundan başqa, həm də ABŞ faktoru ortaya çıxır ki, bu da digər iki ölkənin təzyiqini daha da artırır.

Bütün bu məsələləri ona görə qeyd edirik ki, 2027-ci ildə də digər iki ölkənin təsirinin sıfırlanması gözlənilmir. Bu təsirlər sıfırlanmayacaqsa, deməli, Zəngəzur dəhlizinin 2027-ci ildə işə düşməsi ehtimalı da o qədər yüksək deyil. Eyni zamanda, ABŞ – İran münaqişəsinin hərbi qarşıdurma mərhələsi bitməsə ABŞ şirkətinin orada, yəni dəhlizdə rahat fəaliyyəti çətin olacaq”.\musavat.com\