Son dəqiqə
Bakıda Azərbaycan-Türkiyə birgə oxu proqramı keçiriləcək Ermənistan Zəngəzur dəhlizinin təməlqoyma vaxtını AÇIQLADI Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək Qızıl və gümüş bahalaşdı Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir? Prezident: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır ABŞ-da HƏMAS-a maliyyə axını ilə bağlı gizli əməliyyatın DETALLARI
Reklam
Reklam

ABŞ-da HƏMAS-a maliyyə axını ilə bağlı gizli əməliyyatın DETALLARI

Dünya

ABŞ federal prokurorluğu HƏMAS-a maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən beynəlxalq şəbəkənin humanitar yardım adı altında 1,7 milyon dollardan çox vəsait topladığını açıqlayıb.

Çağdaş.Az xəbər verir ki, İttiham aktına əsasən, Qəzza sakini, 45 yaşlı Saleem Alzaq uzun illərdir HƏMAS üzvü olmaqda və təşkilat üçün maliyyə toplama kampaniyasını idarə etməkdə ittiham olunur.

Prokurorluğun məlumatına görə, 2020-ci ilin yanvarından 2025-ci ilin dekabrınadək ərzaq və qış yardımı adı altında keçirilən kampaniyalar vasitəsilə 1,7 milyon dollardan artıq vəsait toplanıb. Bildirilir ki, bu məbləğin azı 626 min dolları ABŞ-da yaşayan donorlar tərəfindən göndərilib.

İttihamda qeyd olunur ki, Alzaq ən azı 2017-ci ildən HƏMAS üzvüdür və sosial şəbəkələrdə təşkilatın təbliğatını aparıb. O cümlədən, 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirilən hücumu tərifləyən paylaşımlar etdiyi iddia olunur.

İstintaq materiallarına əsasən, Alzaq ABŞ və Fransanı əhatə edən beynəlxalq maliyyə şəbəkəsinə rəhbərlik edib. İddialara görə, Fransadakı əməkdaşları vəsaitin toplanması və köçürülməsində iştirak ediblər.

Prokurorluğun məlumatına görə, Luiziana ştatından olan iki qardaş təxminən 105 min dollar, Florida ştatından olan başqa bir şəxs isə 50 min dollara yaxın vəsaiti bu şəbəkəyə köçürüb.

Salem Alzaqa qarşı aşağıdakı ittihamlar irəli sürülüb:

HƏMAS-a maddi dəstək göstərmək məqsədilə sui-qəsd;
Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını pozmaq məqsədilə sui-qəsd;
Çirkli pulların yuyulması məqsədilə sui-qəsd;
ABŞ hökumətini aldatmaq məqsədilə sui-qəsd.

İlk üç ittiham üzrə təqsiri sübuta yetirilərsə, Alzaqı 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Sonuncu ittihama görə isə maksimum 5 il həbs cəzası nəzərdə tutulur.

Prokurorluq bildirib ki, Alzaq hələ saxlanılmayıb və ittiham olunan dövrdə Qəzza zolağında olub.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları gizli əməliyyat da həyata keçirib.

İttihama görə, 2025-ci ilin noyabrında özünü Nyu-Yorkda yaşayan HƏMAS tərəfdarı kimi təqdim edən gizli agent “Snapchat” vasitəsilə Alzaqla əlaqə saxlayıb.

Prokurorluq iddia edir ki, Alzaq agentə Nyu-Yorkda pul qəbul edə biləcək əlaqələrinin olduğunu bildirib və onu həmin şəxslərlə tanış etməyi təklif edib.

Bildirilir ki, Alzaq vəsaitin HƏMAS-a çatdırılması zamanı “çörək”, “çörəkxanalar”, “çörək almaq” və “çörəkxanalara vermək” kimi kod ifadələrindən istifadə edib.

İttiham aktında həmçinin qeyd olunur ki, o, donorlara ödənişlər zamanı “Fələstinə azadlıq” və ya “yaşasın Hamas” kimi ifadələr yazmamağı tövsiyə edib. Prokurorluğun iddiasına görə, məqsəd ödəniş hesablarının bağlanmasının qarşısını almaq olub.

Nyu-York Polis Departamentinin komissarı bildirib ki, kəşfiyyat analitikləri beynəlxalq maliyyə şəbəkəsini müəyyən edərək HƏMAS-a milyonlarla dolların yönləndirildiyini üzə çıxarıblar.

Qeyd edək ki, bu məlumatlar ABŞ federal prokurorluğunun ittiham aktına əsaslanır. İttiham olunan şəxs barəsində hələ məhkəmə qərarı çıxarılmayıb və irəli sürülən ittihamlar məhkəmə tərəfindən təsdiqlənməyib.