Son dəqiqə
Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq
Reklam
Reklam

Rusiyadan NATO-ya xəbərdarlıq: “Nüvə silahından istifadə edə bilərik”

Dünya

Rusiya NATO-nun Kalininqrad vilayətini təcrid etməyə cəhd göstərəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyini açıqlayıb.

Cagdas.az xəbər verir ki, bu barədə Rusiyanın İrlandiyadakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik iddia edib ki, Şimali Atlantika Alyansı Rusiyanın bu regionunun hava və dəniz yolu ilə blokadaya alınması ssenarisini nəzərdən keçirir. Belə bir vəziyyət yaranacağı təqdirdə Moskva ərazisini qorumaq üçün “nüvə silahları da daxil olmaqla, bütün arsenalından” istifadə edə bilər.

Səfirlik Litva, Polşa və Fransanın birgə keçirdiyi “Cəsur qaban-2026” hərbi təlimlərinə diqqət çəkib. Bildirilib ki, bu təlimlər Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad anklavına qarşı yönəldilib.

“NATO-nun Kalininqrad vilayətinin hava və dəniz blokadasına hazırlaşdığı barədə məlumat daxil olub”, – deyə səfirlikdən bildirilib.

Rusiya səfirliyi hesab edir ki, Avropadakı bəzi dairələrdə Rusiyanın Avropaya hərbi müdaxiləyə hazırlaşdığı barədə səsləndirilən fikirlərin müəyyən məqsədi var.

Diplomatik nümayəndəliyin qənaətinə görə, bu cür bəyanatlar müdafiə xərclərinin artırılmasına, Avropanın ümumi hərbiləşdirilməsinə, eləcə də Ukraynaya maliyyə, hərbi və siyasi yardımın daha da davam etdirilməsinə haqq qazandırmağa xidmət edir.