Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

Ronaldodan Messinin vida paylaşımına diqqətçəkən reaksiya

İdman

Kriştiano Ronaldo uzun illər rəqabət apardığı Lionel Messinin Argentina millisindəki karyerasını yekunlaşdırması ilə bağlı paylaşımına münasibət bildirib.

Cagdas.az  xəbər verir ki, Ronaldo, argentinalı ulduzun paylaşımının şərh bölməsinə rəy yazıb. Portuqaliyalı futbolçu Messinin illər ərzində ölkəsi üçün gördüyü işləri yüksək qiymətləndirərək, Argentina ilə qazandığı uğurlara sonsuz hörmət bəslədiyini vurğulayıb. “Leo, illərdir ölkənə sahib çıxırsan və əbədi xatırlanacaq bir hekayə yazmısan. Argentina ilə qazandığın uğurlara duyduğum hörmət sonsuzdur. Səni qucaqlayıram”, – deyə Ronaldo qeyd edib.

Qeyd edək ki, Lionel Messi Argentina millisinin Beninə 3:0 hesabı ilə qalib gəldiyi hazırlıq matçında son dəfə ölkəsinin formasını geyinib. 39 yaşlı futbolçu vida paylaşımında bu formanı geyinməyi darıxacağını, keçdiyi yola görə minnətdar olduğunu və ailəsinə, komanda yoldaşlarına və məşqçilərinə təşəkkür etdiyini bildirib.\metbuat.az\