Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Azərbaycanda gənclərin sayı: neçəsi kişi, neçəsi qadındır…

Cəmiyyət

2026-cı ilin əvvəlinə Azərbaycanda əhalinin 2,3 milyon nəfərini, yəni 22,6 faizini gənclər təşkil edib.
Cagdas.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkədəki gənclərin 53,1 faizi şəhər yerlərində, 46,9 faizi isə kənd yerlərində yaşayır.

Gənclərin 1221,9 nəfərini (52,7 faiz) kişilər, 1096,4 nəfərini (47,3 faiz) qadınlar təşkil edir.

2025-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 67,7 min nəfər olub. Ötən il ölkədə doğulan körpələrin 70,6 faizi gənc anaların payına düşüb.

2025-ci ildə Azərbaycanda nikaha daxil olanların 69 faizini gənclər təşkil edib.

Rəsmi statistikaya görə, Azərbaycanda ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,1-dir. Ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 13,4 faiz, gənc qadınların xüsusi çəkisi isə 31,5 faiz olub.\modern.az