Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində ittiham aktı ilə birlikdə cinayət işi məhkəməyə göndərilib.
Cagdas.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, işə Ermənistanın Sünik vilayətinin (Zəngəzur) məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Nəsimi Musayevə Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi açılıb.
O, Ermənistan vətəndaşı, 1987-ci il təvəllüdlü Ani Avetisyanı odlu silahla yaralamaqda da ittiham olunur.\modern.az\


